9 sentyabr 2016–cı il tarixdə Lənkəran Şəhər Təhsil işçilərinin konfransı keçirilmişdir. Konfransda 2015/2016-cı dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələri muzakirə edilmilmişdir.
Məsələ ilə bağlı Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə xanım Əhmədova məruzə etmişdir. Məruzə ətrafında müzakirələrdə Şəhər 6 №-li məktəb-liseyin direktoru Əməkdar müəllim Akif Xalıqov, Aşağı Nüvədi qəsəbə tam orta məktəbin məzunu, Ali Neft Məktəbinin I kurs tələbəsi Xoşqədəm Əhmədova, valideyn Fikrət İsmayılov, Şəhər 4 №-li məktəb-liseyin müəllimi Aynur Axundova, Təhsil Nazirliyinin Nümayəndəsi Təhsil Problemləri İnstitutunun Şöbə müdiri professor Pirali Əliyev və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək görulən işlərdən, qazanılmış uğurlardan və qarşıda duran vəzifələrdən ətraflı bəhs etmişlər.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyeva müraciət qəbul edilmişdir.
Sonda ali məktəblərə qəbul imtahanında 600-dən yuxarı bal toplamış və tələbə adını qazanmış məzunlara qiymətli hədiyə təqdim edilmişdir.