01 sentyabr 2016-cı il tarixdə “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydaları” nın 5-ci bəndinin tələblərinə və 2016-cı il üçün mülki müdafiə tədbirləri Planına müvafiq olaraq Heydər Əliyev mərkəzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları Lənkəran Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsi və Lənkəran ŞTŞ-nin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinif rəhbərləri üçün bir günlük kurs keçirilmişdir. Kursda Lənkəran Regional Şöbəsinin rəisi Araz Hüseynov , ŞTŞ-nın əməkdaşları Kamran Məmmədov və Cəmil Axundzadə iştirak edirdilər.