29.07.2016

"Bəbirləri  qoruyaq!" adlı məktəblilərin ekoloji yay düşərgəsi təşkil olunmuşdur.

İDEA İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı ilə " Qafqaz  bəbirlərinin qorunması" ekoloji maarifləndirmə proqramı çərçivəsində  27-29 iyul 2016-cı il tarixlərdə Masallı rayonun Qəriblər kəndi “Viləş” istirahət mərkəzində  "Bəbirləri  qoruyaq!" adlı məktəblilərin ekoloji yay düşərgəsi təşkil olunmuşdur.

Düşərgədə Astara və Masallı rayonlarının kənd  məktəblərindən 20 nəfər  o cümlədən Lənkəran rayonunun Daşdatük, Biləsər, Haftonu və Alazəpin kənd məktəblərindən 10 nəfər IX-X sinif şagirdi iştirak etmiş və onlara sertifikat verilmişdir.


Açar sözlər: ,