15.07.2016

“Azərbaycan üçün öyrət”  təhsil proqramı çərçivəsində yay məktəbinə start verildi.

        Azərbaycan Respublikası Təhsil Nazirliyi “Kapital Bank” la birlikdə “Azərbaycan üçün öyrət”  beynəlxalq təhsil proqramı çərçivəsində  “Təhsil  avtobusu” adlı Yay Məktəbi layihəsini həyata keçirməyə başlamışdır. Marafonun ilk məntəqəsi Lənkəran olmuşdur.  14 iyul 2016-cı il tarixdə Palmalifeda keçirilmiş tədbirdə kamandanı əvvəlcə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə xanım Əhmədova və “Kapital Bank” ın  regional şöbəsinin əməkdaşı salamlamış, layihənin üşaqlar üçün əhəmiyyətindən danışmışlar.  Daha sonra təlimlərə start verilmişdir. Lənkəranın 5 məktəbindən akademik göstəriciləri zəif olan 50 nəfər şagird üçün  "Sağlam təhsil!", "Azərbaycan üçün oxu!", "Emosional zəka", "Özünə kömək et!", "Bisnesmenəm!", "Səndən nə asılıdır?" adlı təlimlər, "Mən bir aktyoram" sosial tamaşası və "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilmişdir.  Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunmuşlar.