11 iyul 2016-cı il tarixdə şəhər 4 №-li məktəb-liseyində Şəhər Təhsil Şöbəsi təhsil şurasının iclası keçirilmişdir. İclasda 2015/2016 – cı tədris ilində rayonun təhsil müəssisələrində ümumi orta və tam orta təhsil üzrə büraxılış imtahanlarının nəticələri haqqında və yeni dərs ilinə hazırlıq haqqında məsələ müzakirə olunmuşdur.
Buraxılış imtahanlarının nəticələri haqqında Təhsil Şöbəsinin müdir müavini G.Bağırov məlumat vermişdir. Uğurlarla yanaşı zəif nəticələr və onun səbəbləri geniş təhlil olunmuş, nöqsanların aradan qaldırılması üçün geniş tədbirlər planı müəyyənləşdirilmişdir.
Şüra iclasında yeni dərs ilinə hazırlıq haqqında Təhsil Şöbəsinin müdiri Şəhanə xanım Əhmədova ətraflı məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır.
Hər iki məsələ haqqında müvafiq qərar qəbul edilmişdir.