17.06.2016

“Ən yaxşı təqdimat” müsabiqəsinin iştirakçısı və qalibi  mükafatlandırılmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cu ildönümü ilə əlaqədar ümumtəhsil məktəbləri şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin iştirakçıları və qalibləri  Respublika Təhsil Nazirliyi və TİAHİ Respublika Komitəsinin birgə qərarı ilə 200 (iki yüz) manatla mükafatlandırılmışdır.

Lənkəran Şəhər 6 №-li məktəb-liseyin IX sinif şagirdi Ayla Xəyyad qızı Nəsirli də qaliblər sırasındadır. 17 iyun 2016-cı il tarixində həmin mükafat Təhsil Şöbəsində ona təqdim olunmuşdur. Tədbirdə Lənkəran ŞTŞ-nın müdiri Şəhanə xanım Əhmədova və TİAHİ Şəhər Komitəsinin sədri Qürbətəli Zeynalov çıxışlarınla A.Nəsirlini təbrik edərək ona yeni-yeni üğürlar arzu etmişlər.

Sonda xatirə şəkli çəkilmişdir.


Açar sözlər: ,  ,