5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibəti ilə şəhər 7 nömrəli tam orta məktəbində "Sağlam ekologiya -sağlam həyat" başlığı altında tədbir keçirildi.
Tədbirdə məktəbimin müəllim və şagird kollektivi ilə birlikdə Şəhər Təhsil Şöbəsininin aparıcı məsləhətçisi Nəsir Əkbərov iştirak edirdi. O ,çıxış edərək ətraf aləmin təmizliyinin,onun qorunmasının cəmiyyət və gələcək nəsillər üçün nə qədər vacib və əhəmiyyətli olduğunu qeyd etdi.