04.06.2016

Şəhər 10 nömrəli tam orta məktəbin direktoru Fəxri fərmanla təltif edilmişdir.

Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə  və anadan olmasının 60 iliyi münasibəti ilə  şəhər 10 nömrəli tam orta məktəbin direktoru Qadir Bəhlul oğlu Axundov Lənkəran ŞTŞ-nın    Fəxri fərmanı ilə təltif edilmişdir. Yubiley tədbirində Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramin Hüccətov təbrik nitqində Qadir müəllimin pedaqoji sahədə və məktəbə rəhbərlikdə qazandığı üğürlardan danışmış, ona yeni-yeni nailiyyətlər arzulamışdır. Sonda o Qadir müəllimə Təhsil Şöbəsinin Fəxri fərmanını və qiymətli hədiyyəsini təqdim etmişdir.