Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbində aprel şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, vətən bölünməz” mövzusunda tədbir keçirilmişdir.
ŞTŞ-nin aparıcı məsləhətçisi Ramin Hüccətov tədbirdə iştirak edərək aprel döyüşlərində əsgərlərimizin qəhrəmanlığı, ordumuzun sürətlə modernləşməsi, torpaqlarımızın bir hissəsinin azad edilməsi və işğal altında olan torpaqlarımızın tamam azad ediləcəyi günün üzaqda olmaması barədə ətraflı danışdı.