Tarixi boyu torpaqlarımıza göz dikən düşmən fürsət tapan kimi öz məkirli siyasətini həyata keçirmək arzusunda olmuş, daima bizə, millətimizə xəyanət etməyi özlərinə borc bilmişlər. Birinci Qarabağ savaşında öz terrorçu siyasətini dinc əhalimiz üzərində nümayiş etdirən düşmən, İkinci Qarabağ savaşında da bunu bir daha öz əməlləri ilə dünyaya sübut etdi. Bu dəfə məğlubiyyətlə barışmaq istəməyən mənfur düşmənimiz canlı təbiətimizə ziyan vurmaqa, milli dəyərlərimizi məhv etməyə qərar vermişdilər. Zəngin təbiətimizi, ağaclarımızı məhv edib tikdiyimiz evləri od vurub yandırdılar. İşğaldan azad olunmuş şəhərlərimiz, kəndlərimiz oradakı tarixi abidələr demək olar ki, tamamilə məhv olunmuş sadəcə şəhərin xarabalıqları qalmışdır.
Ağdam rayonumuz işğaldan azad olunduqdan sonra burada gördüyümüz mənzərə bizi heyrətə gətirməyə bilməzdi. Çünki əvvəlki Ağdam şəhərindən əsər-əlamət belə qalmamışdı. Hər tərəf xarabalığa döndərilmiş, bütün tarixi abidələrimiz darmadağın olunmuşdu.
XIX əsrdə Azərbaycan memarlığı üslubunda inşa edilən, Ağdamın mərkəzində yerləşən Cümə məscidinin ancaq boş divarları qalıb. Bu azmış kimi, dinimizə hörmətsizlik edib, milli dəyərlərimizi təhqir edən ermənilər bu məsciddə heyvan saxlayırmışlar. Bu gün Azərbaycanda bir çox dinə sitayiş edən xalqlar yaşayır və burada onların dini abidələri fəaliyyət göstərir. Buna nümunə olaraq Bakı şəhərində yerləşən ermənilərin Müqəddəs Qiriqori kilsəsini, Xilaskar Yevangelik Lüteran Kilsəsini, Gəncə şəhərindəki Aleksandr Nevski Rus-Pravoslav Kilsəsini və bu abidələrə olan dövlət qayğısını göstərmək olar. Bu abidələrin əksəriyyəti Sovet quruluşu dağıldıqdan sonra müstəqil dövlətimiz tərəfindən təmir olunub. Xiristianlıq dini ilə yanaşı yəhudi dini və digər dini etiqad lara və dini abidələrə də hər zaman hörmətlə yanaşıb, mədəni arxetiplər kimi qorumuşuq. Bakıda yerləşən yəhudi sinaqoqu bunun bariz nümunəsi hesab edilə bilər.
Qədim tarixi diyarımız sayılan Füzuli şəhəri də erməni vandalizminin qurbanı olmuşdur. Burada bir tikili belə qalmayıb, şəhər açıq səhranı xatırladır. Qədim daş dövrünə aid olan Azıx mağarası məhz bu şəhərdə yerləşir. Azıx mağarası 1968-ci ildə Azərbaycanlı arxeoloq Məmmədəli Hüseynov tərəfindən araşdırılmışdır. Təbii ki, erməni terrorçuları Azıx mağarasında da qanunsuz araşdırmalar aparıblar və tariximizə ciddi ziyan vurublar. Əlbətdə işğaldan əvvəl şəhərlərimiz bu vəziyyətdə olmayıb. Bu bir daha sübut edir ki, ermənilər bilərəkdən tariximizi silməyə, milli mədəniyyətimizə ziyan vurmaqa çalışıblar.
Bu gün biz qalib, bütün sınaqlardan üzü ağ, başı uca çıxmış xalqıq. Torpaqlarımız azaddır. Bütün şəhərlərimiz abadlaşdırılır və yenidən qurulur. Cənab prezidentimiz azad olunmuş rayonlara yollar çəkdirir. 16 noyabr 2020-ci ildə Füzuli-Şuşa yolunun –Zəfər yolunun təməli qoyuldu. 15 mart 2021-ci ildə Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi təşkil olunmuşdur. Bu layihələrdən hələ çox təşkil olunacaq. Bütün işğaldan azad olunmuş şəhərlərimiz, onların yolları bərpa ediləcək. Yaxın zamanlarda Bərdə-Ağdam yolunun çəkiləcəyi planlaşdırılır. Horadizdən Zəngilana qədər yol çəkilməsi nəzərdə tutulub. Uzunluğu 13 kilometr olan, dörd hərəkət zolaqından ibarət olan Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu inşa ediləcək. Bütün bu layihələr, quruculuq işləri prezidentimizin uğurlu siyasətinin bir daha sübutudur.
Prezidentimizin də dediyi kimi bu şəhərlərimizin, kəndlərimizin hər biri abadlaşdırılacaq. Bütün məcburi köçkünlərimiz öz yurd-yuvalarına qaytarılacaq.