Azərbaycan Respublikası Təhsil Nazirinin 27 iyul 2016-cı il tarixli, 508 nömrəli “Ümumtəhsil müəssisələrinin dərslik və müəllim üçün metodik vəsaitlərlə təminatı işinin səmərəli təşkili haqqında” əmrinin icrası ilə bağlı rayonumuzda müəyyən işlər görulmuşdur. Rayonda 89 məktəb fəaliyyət göstərir. 31 avqust 2016-cı il tarixdə artıq dərsliklərin və müəllim üçün metodik vəsaitləri təhsil müəssisələrinə çatdırılması təmin edilmişdir. Təhsil müəssisələrində kitabların şagirdlərə çatdırılması işinə start verilmişdir.