28.12.2021

Ordu quruculuğu davam edir

Hər bir dövlətin müdafiə qabiliyyətini onun ordu quruculuğu sahəsində gördüyü tədbirlərlə qiymətləndirmək olar. Müstəqil Azərbaycan Respublikası 20% torpaqları işğal altında olduğu dönəmdə hər zaman ordu quruculuğuna böyük diqqət ayırmışdır. Azərbaycan ordusunun arsenalında ən müasir silahlar və texniki qurğular mövcuddur. Bütün bunlar isə maddi və texniki təminatın hansı səviyyədə olduğunu göstərir.

Azərbaycan öz torpaqlarını yağı düşməndən azad etdikdən sonra işğaldan azad edildikdən sonra bu ərazilərdə ən müasir standartlara cavab verən hərbi hissələr tikilməkdədir. Belə hərbi hissələrin müasir standartlara cavab verməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən bu tədbirlər Azərbaycanın ordu quruculuğuna nə qədər önəm verdiyini göstərir. Yaradılmış hərbi hissələrdə hərbçilərin təlim məşq toplanış yeri xüsusi diqqətdə saxlanılır.

Hərbçilərimizin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı onların həyat və məişət şəraitinin də yaxşılaşdırılmasına böyük diqqət yetirilir. Belə ki, 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Cari ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın Müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır.

Azərbaycan da hərbçilər üçün tikilmiş hərbi hissələrdən biri də Azərbaycan üçün olduqca vacib strateji nöqtələrdən biri olan Ağoğlan-Hadrut qəsəbəsidir. Hadrut qəsəbəsinin işğaldan azad olunması böyük strateji üstünlük idi. Strateji qəsəbəni işğaldan azad edilməsi müharibə zamanı gələcək planlarımıza əlavə dəstək verdi. Hadrut işğalçılardan azad edilməsəydi, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdik. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Azğın düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar və bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı.

Ermənistan tərəfi hər nə qədər Hadrut qəsəbəsi itirməmək üçün səylər göstərsə də buna müvəffəq ola bilmədi. Bütün bunlar isə Hadrutun nə qədər vacib məntəqə olduğunun göstəricisidir. Hadrutun işğaldan azad olunmasından söhbət düşərkən Vətən Müharibəsi Qəhrəmanı, Hadrut fatehi ləqəbli Camal İsmayılov yada düşür. Hadrutun işğaldan azad olunmasında misilsiz xidmət göstərmişdir.

     Hadrutdan 8 gün sonra Füzuli azad edildi. Füzulidən bir neçə gün sonra Zəngilan, Qubadlı rayonları və Laçının cənub hissəsi işğalçılardan azad edildi. Ordumuz faktiki olaraq Laçın dəhlizinə çıxdı və Laçın dəhlizini nəzarətdə saxladı. Bununla da artıq Şuşa əməliyyatının vaxtı yetmiş oldu.

Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olacaqdı. Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər.

Bütün bunlar isə illərlə ordu quruculuğuna göstərilən qayğının nəticəsidir.


Açar sözlər: