Dünya tarixinə nəzər salsaq görmüş olarıq ki, tarixən döyüş meydanında məğlub olub ərazilərini itirən dövlətlər sonradan bunun fəsadlarını görmüş olur. Burada təkcə itirilən torpaq deyil, eyni zamanda insanlar, iqtisadi əlaqələr və s. güclü zərbə alır. Yenicə müstəqillik əldə edən Azərbaycan Birinci Qarabağ savaşında məğlub dövlət statusunu aldı. Bu məğlubiyyət Azərbaycanda hərtərəfli böhrana səbəb olmuşdu. İqtisadiyyat dağılmış, insanlar yurd yuvalarından didərgin düşmüş, siyasi olaraq ölkə böhran keçirirdi. Belə bir vəziyyətdə isə mənfur ermənilər havadarlarının yardımı ilə bacardıqca irəliləməyə çalışır və yeni ərazilər tutmaq iddiasını davam etdirirdilər.
Azərbaycan Respublikası bu gün bütün bu çətinliklərə təzyiqlər altında sinə gəlməyi bacardı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələr Günü münasibətilə etdiyi çıxışda bütün bunları yada saldı. Qüdrətli Azərbaycan ordusu Azərbaycana qalib dövlət statusunu qazandırmaqla yanaşı, eyni zamanda döyüş meydanında müqəddəs şəhidlərimizin qisasını aldı. Azərbaycan Respublikası öz siyasi manevrləri ilə sübut etdi ki, bəli biz lazım gələrsə hərb yolu ilə istədiyimizə nail ola bilərik. Uzun illər aparılan danışıqlar heç bir nəticə vermədi. Azərbaycan isə bu tarixi ədalətin bərpası, tarixi ərazilərinin qaytarılmasına sözsüz ki, şanlı ordusu ilə nail oldu. Hər il 26 iyunda qeyd edilən silahlı qüvvələr günü müstəqillik dönəmində ilk dəfə bu qədər ürəkdən qeyd edildi. Çünki, bu ordu qalib ordudu, bu ordu düşməni məhv edib ərazi bütövlüyünü təmin edən edən ordudu.
Azərbaycan Respublikasının qüdrətli ordusu göstərdi ki, onlar hər şeyə qadirdirlər. Ermənistan ordusunun hər cür silahlarla havadarları tərəfindən təchiz olunmasına baxmayaraq Azərbaycan ordusu pnları döyüş meydanında məhv etdi. İkinci Qarabağ savaşında Azərbaycan ermənilərin 336 tankını məhv etdi və ya qənimət olaraq ələ keçirdi. Bundan başqa Azərbaycan ermənilərə məxsus 8 ədəd havadan müdafiə sistemini elə hava zərbələri ilə ( Haroplarla) məhv etdi. Təkcə bu iki fakt bu illər ərzində Azərbaycan ordusunda olan inkişaf və tərəqqinin hansı səviyyədə olmasının göstəricisidir.
8 noyabr tarixində Azərbaycanın mədəniyyət paytaxtı ermənilərdən tam təmizləndi. Artıq ermənilər tam olaraq məğlub oldular və noyabrın 10 da məğlubiyyət barədə sənəd olan kapituliyasiya aktını imzaladılar. Bu da onların dünyaya bəlli etdiyimiz məğlubiyyətini rəsmi sənədə çevirmiş oldu. Buna isə Azərbaycan xalqının dəmir yumruq kimi birləşib ordu olması şəklində nail olduq. Bəli, budur qüdrətli Azərbaycan ordusunun gücü.
Bu gün Ermənistan Respublikası məğlub dövlət statusunu özündə daşımaqdadır. İllərlə xülyasını qurduqları böyük Ermənistan xəyalları, ideyaları Azerbaycanın qüdrətli ordusu sayəsində puç oldu. Bu gün artıq Dağlıq Qarabağ anlayışı yoxdu. Hər şey vahid Azərbaycan Respublikası ilə sonlanır. Ermənistan bu gün regionda gedən geosiyasi dəyişikliklərdən faydalanmaq istəyirsə mənasız və cəfəng ideyalarından əl çəkib normal münasibətlər qurmağa çalışmalıdı. Əks halda onlar üçün bu faciə dəhşətli bir kabusa çevrilə bilər. Çünki, onlar 44 günlük əks hücum əməliyyatlarında qüdrətli Azərbaycan ordusunun nəyə qadir olduğunu görmüş oldular.
Silahlı qüvvələr gününə həsr edilmiş çıxışında İlham Əliyevin qeyd etdiyi fikirlərdən biri də Ermənistanın asılı dövlət olması idi. Azərbaycan ərazilərini işğal edib 30 il ərzində xarici havadarlarının yardımı ilə bunu davam etdirdilər. Lakin bu illər ərzində öz müstəqilliklərini möhkəmləndirəcək nəyəsə nail ola bilmədilər. Hələ də xarici qüvvələrdən asılılıqları davam edir. Prezident İlham Əliyevin müharibə dövründə qeyd etdiyi kimi: bundan sonra məğlub ölkə damğası ilə yaşayacaqlar. Müstəqil ölkəsən müstəqil ölkə kimi yaşa. Yaşaya bilmirsənsə get gir başqa dövlətin tərkibinə. Endir o bayrağı, bük qoy cibinə.
Ermənistan artıq dərk etməlidir ki, Azərbaycan ilə olan düşmənçilik yalnız vı yalnız onların süqutunu yaxınlaşdlracaq. Çünki, Azərbaycana qarşı növbəti iddia olarsa bu Ermənistan üçün arzuolunmaz fəlakətə yol açacaq. Bütün bunları deməyə qüdrətli, müzəffər Azərbaycan ordusu və komandanlığı əsas verir. Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!