23.06.2021

COVİD-19 pandemiyasına vaksinləşərək son qoyaq

XXI əsrin bəlasına çevrilmiş, yüksək yoluxuculuq qabiliyyətinə malik olan COVİD-19 xəstəliyi 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlayıb və bütün dünyanı əhatə etmişdir.

ÜST COVİD-19 xəstəliyi ilə bağlı fövqəladə  vəziyyət elan etmiş, vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir. Pandemiyanın davam etməsi, COVİD-19 xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli olması ÜST tərəfindən dünyada bu xəstəliyə qarşı mübarizədə  güclü təsiredici imkana malik vaksinə ehtiyac olmasın bəyan edilmişdir.

Pandemiyanın ilk günlərində Azərbaycanda praktik tədbirlər həyata keçirilmişdir. 2020-ci il 27 fevral tarixindən COVİD-19 xəstəliyinin qarşısının alınması üçün profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahı yaradılmışdır.

Pandemiya elan edilən gündən karantin  rejimi  tətbiq olunmaqla yanaşı, dövlət  səhiyyə sisteminin gücləndirilməsi üçün mühüm tədbirlər həyata keçirilmişdir.

Ölkədə insanların sağlamlığının qorunması, pandemiyaya qarşı mübarizənin səmərəlili təşkil edilməsi məqsədilə vaksinasiya tədbirlərinin həyata keçirilməsi daha məqsədə uyğun hesab edilir. Vaksinləşmə bu gün bütün dünyada COVİD-19 qarşı yeganə çıxış yoludur.

COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya olunaraq biz yaxınlarımızla birlikdə zövq aldığımız işlərin çoxu ilə məşğul olmaq üçün qayıdışına bir addım da atmış oluruq.

“Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2020-2021-ci illər üçün Vakansiya  Strategiyası”na uyğun olaraq yanvarın-18 dən etibarən vaksinləşmə prosesi başlanıb. Strategiya özündə dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya  tədbirlərini əhatə edir.

COVİD-19-a qarşı vaksinasiyanın uğurla keçirilməsi könüllülük, təhlükəsizlik, şəffaflıq, mərhələlik, ədalətlilik, məsuliyyət və əməkdaşlıq prinsiplərinə əsaslanır.

Azərbaycanda əhalinin yanvar ayından başlayan vaksinləşməsi  hazırda uğurla davam edir.

Azərbaycanda bu prosesə Çindən gətirilən Sinovac  vaksini ilə başlayıb.

Azərbaycanda əhaliyə indiyədək 2 milyon 500 mindən çox vaksin dozası vurulub.

COVİD-19 xəstəliyinin  törədicisi SARS-Cov2  virusunun əhatə dairəsinin genişlənməsi beynəlxalq iqtisadiyyata mənfi təsir etməklə iqtisadi tarazlığın pozulmasına səbəb olmuşdur.

Qapanma tədbirləri nəticəsində iqtisadiyyatın bir çox sahələrində yaranan çətinliklər, işsizlik iqtisadi artıma mənfi təsir göstərmişdir. Pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında  yaratdığı mənfi təsirlərin  azaldılması üçün Azərbaycan Respublikasının prezidentinin  sərəncamları ilə dövlət büdcəsindən 2,5 milyard manat vəsait ayrılmışdır.

Dünyada da vaksinasiya  prosesi davam edir. Dünyada 128 milyon nəfərə COVİD-19 əleyhinə vaksin vurulub.

Lakin dünya ölkələri arasında  vaksinasiya prosesində də ədalətsizlik, qeyri bərabərlik mövcuddur.

Prezident İlham Əliyevdə  çıxışlarında dəfələrlə bu məsələ barədə öz fikirlərini bəyan edib.