13.07.2021

Şəhər 9 nönrəli tam orta məktəbə şagird qəbulunun qeydiyyatı aparılır

2021/2022-ci tədris ilində Cəlilabad şəhər yeni yaşayış massivində yerləşən şəhər 9 nömrəli məktəbin fəaliyyətə başlaması planlaşdırılır.

Bunu nəzərə alaraq, həmin ərazidə yaşayan I-XI sinif şagirdlərinin məktəbə qəbulunun qeydiyyatı aparılmaqdadır.

Bunun üçün həmin şagirdlərin valideyn və ya qanuni nümayəndələri tərəfindən həftənin I-V günləri saat 10:00-13:00 və 15:00-18:00 arasında aşağıda göstərilən sənədlərlə şəhər 9 nömrəli məktəbdə yerləşən qəbul məntəqəsinə müraciət edə bilərlər.

Tələb olunan sənədlər:

1. Valideyn və ya qanuni nümayəndələrin şəxsiyyət vəsiqəsinin surəti

2. Şagirdin şəxsiyyət vəsiqəsinin surəti

3. Şagirdin sağlamlığı haqqında arayış

4. Şagirdin 2 ədəd 3*4 ölçüdə şəkli

5. Şagirdin yaşayış yerindən arayış

6. Ərizə

 

Məktəbə şagird qəbulu ilə bağlı əlavə məlumat almaq istəyən şəxslər aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Tel: (+994)50 527 27 58