12.06.2021

"15 iyun - Milli Qurtuluş günü"nə həsr olunmuş şahmat yarışı

Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və Cəlilabad Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "15 iyun - Milli Qurtuluş günü"nə həsr olunmuş şahmat idman növü üzrə rayon birinciliyi keçiriləcəkdir. Yarış 14 iyun 2021-ci il tarixində saat 10:00 -da Cəlilabad Uşaq Gənclər İdman Şahmat məktəbinin qarşısında keçiriləcəkdir.

İştirak etmək istəyənlər Cəlilabad rayon Gənclər və İdman İdarələrinə və Cəlilabad rayon UGİŞM-ə müraciət edə bilərlər.