06.05.2022

"Əbədiyaşar lider" devizi altında şeir müsabiqəsi keçirilib

06 may 2022-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Cəlilabad rayon Təhsil Şöbəsi və Cəlilabad rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Şəhər 9 nömrəli tam orta məktəbdə "Əbədiyaşar lider" devizi altında şeir müsabiqəsi keçirilib.

 

Tədbirin açılış mərasimində Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Rayon Təhsil Şöbəsinin metodisti İlham Əhmədov, AYB-nin üzvü, prezident təqaüdçüsü Gülbala Teymur, AYB-nin üzvü İman Abdulla, Razi Məmmədov iştirakçılara müsabiqə haqqında geniş məlumat verərək bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd həyatını xalqına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində dərin iz buraxan siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətini gənc nəslə aşılamaqdır.

 

Müsabiqədə şagirdlər Ulu Öndər Heydər Əliyev və vətənpərvərlik mövzusunda şeirlər deyiblər. Müsabiqə iştirakçılarının söylədiyi şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə uyğun olaraq şeir müsabiqəsinin qalibləri müəyyən olunub:

 

I yer: Kazımabad kənd məktəbi - Zeynəb Muradova

II yer: Şəhər 8 nömrəli məktəb-liseyi - Leyla Qasımova

III yer: Sabirabad kənd 1 nömrəli tam orta məktəbi - Rahidə Hüseynzadə

 

Müsabiqədə qalib gələn şagirdlər Cəlilabad rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.