“Məktəbəqədər təhsilin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 
A.Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 16 iyul 2010-cu il
№ 137