11.05.2022

Fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri elan edilib

Mayın 10-da  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri elan edilib.

 

Nəticələrə əsasən rayonun Uzuntəpə kənd E.Yusubov adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Məmmədzadə İsmayıl Elşən oğlu və Günəşli kənd V.Niftullayev adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi İsmayılova Zəhra Habil qızı Azərbaycan dili və ədəbiyyat fənni üzrə I yerə, Ocaqlı kənd Ş.Nəzərov adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ağazadə Xalidə Xanbala qızı tarix fənni üzrə II yerə, Alar kənd R.Quliyev adına 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Qarazadə İsa Ramiq oğlu və Hacıməmmədli kənd tam orta məktəbin XI sinif şagirdi tarix fənni üzrə III yerə layiq görülmüşdür.

 

Qalibləri təbrik edir və gələcəkdə onlara daha böyük uğurlar arzulayırıq!