05.05.2022

"Əbədiyaşar lider" mövzusunda rəsm müsabiqəsi keçirib

05 may 2022-ci il tarixdə müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Cəlilabad rayon Gənclər və İdman idarəsi, Rayon Təhsil Şöbəsi və Masallı Regional Mədəniyyət İdarəsi Cəlilabad Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə müxtəlif yaş kateqoriyalarından ibarət məktəblilər arasında "Əbədiyaşar lider" mövzusunda rəsm müsabiqəsi keçiriblər.

 

Münsiflər heyəti tərəfindən çəkilmiş rəsmlərə baxış keçirilib və müsabiqənin qalibləri müəyyənləşdirilib.

Müsabiqədə I, II və III yerin qalibləri mükafatlandırılıb, eyni zamanda, iştirakçı şagirdlərə təşəkkürnamələr təqdim olunub.