15.04.2022

Azərbaycan cari ilin ilk rübündə

Azərbaycan Respublikası ötən il ərzində bir sıra vacib işlərə imza atmışdır. Bu işlərin içində ən vacib olanı işğaldan azad olunmuş ərazilərdə quruculuq, bərpa işlərini yüksək sürətlə hərəkətə gətirmək idi. Azərbaycan Respublikası buna nail ola bildi. Bu isə ötən il ərzində çox böyük göstəricidir.

Postmünaqişə dövründə Azərbaycan bir sıra uğurlara imza atdı.  Beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edilmişdir. Bundan başqa dünyanın aparıcı  beynəlxalq təşkilatları əsas yenilikləri qəbul etmişdir. Bu isə böyük siyasi uğurdur. BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilmişdir - Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan beynəlxalq qurumdur. Azərbaycan tərəfinin konkret addımları, həmlələri və uğurları nəticəsində BMT-nin qəbul edib yerinə yetirməli olduğu qətnamələr artıq öz əsasını itirmişdir. Çünki, Azərbaycan özü bu məsələni kökündən həll etdi.

BMT dən sonrakı ən böyük təsisat Qoşulmama Hərəkatıdır. Bu hərəkata Azərbaycan başçılıq edir. Hərakata üzv dövlətlərin yekdil səsverməsi ilə Azərbaycanın hərəkata başçılığı daha bir il müddətinə uzadıldı.

Cari ilin ilk rübündə bir sıra ciddi uğurlara imza atılmışdır. Azərbaycan tərəfinin Avropa İttifaqı ilə təmasları, uğurlu siyasi addımları nəticəsində Avropa İttifaqı səy göstərir ki, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılsın. 6 aprel 2022-ci il tarixində Avropa İttifaqının təşkilatçılığı ilə məhz bu məsələlər müzakirə edilmişdir. Bu həmlələrin nəticəsi olaraq Ermənistan artıq Azərbaycan tərəfinə ərazi iddialarından əl çəkir.

30 ildən sonra ilk dəfə Azərbaycan və Ermənistan xarici nazirləri birbaşa telefon əlaqəsi qurmuşdur. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır.

Bütün bunlar böyük uğurlar kimi qiymətləndirilir. Bunlardan başqa Azərbaycan işğaldan azad edilmiş ərazilərdə içməli su, qaz təchizatı, yol infrastrukturunun inkişafı və yenidən qurulması ilə bağlı bir sıra işlər görülmüşdür. Ölkənin müxtəlif bölgələrində elektrik stansiyaları, yarımstansiyalar tikilmişdir. Bütün bunlar ölkənin enerji istehsalını artırır və ixrac edilməsini təmin edir. Bütün bu işlərin əksəriyyəti xarici investorlar tərəfindən həyata keçirilir. Çünki, Azərbaycanda xarici investorlar üçün çox gözəl, cəlbedici mühit formalaşmışdır.

Vətən Müharibəsi dövründə mükəmməl performans göstərən Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi daha da artırılmışdır. Orduya lazım olan silahlar yenidən alınır. Müharibə dövründə Ermənistan ordusunun təxminən 4 mlrd civarında texnikası, silah sursatı məhv edilmiş bir qismi isə qənimət kimi götürülmüşdür.

Görülən işlər sadalananlarla bitmir. Ən vacib məsələlərdən biri olan Zəngəzur dəhlizi çox vacib məsələdir. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirildi. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır.

Aparılan ardıcıl və uğurlu siyasətin nəticəsi olaraq bu kimi işlər davam etdiriləcəkdir.


Açar sözlər: