29.02.2024

Şagirdlərin yaradıcılıq baharı müsabiqəsinə start verildi.

Lənkəran-Astara Regional Təhsil İdarəsi olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsinin elan etdiyi #ŞagirdlərinYaradıcılıqBaharı “challenge”inə qoşuluruq və hədiyyəli müsabiqəyə start veririk. Belə ki, bu gündən etibarən Novruz bayramının tarixini, atributlarını, motivlərini və əhəmiyyətini özündə əks etdirən əl işlərinin (rəsm, toxuma, maket və s.) fotolarının qəbuluna başlayırıq.

 

Qaydalar:

  • #LənkəranAstaraRTİ tabeliyində olan bütün təhsil müəssisələri yarışa qoşula bilər.
  • Hər təhsil müəssisəsi yalnız bir əl işi ilə müsabiqədə təmsil oluna və yarışa bilər.
  • Müsabiqədəki əl işləri təhsilalanlara məxsus olmalıdır, təhsilverənlər və valideynlər müdaxilə edə bilməz.
  • İştirakçılar öz ad və soyadını, təhsil aldığı müəssisənin adını, əlaqə nömrəsini, əl işinin başlığını və fotosunu (jpg formatında və yaxşı keyfiyyətdə) larti.media@mail.ru ünvanına göndərməlidir.
  • Qaydalara uyğun gələn əl işlərinin fotoları rəsmi “facebook” səhifəmizdə paylaşılacaq.
  • Ən çox bəyənmə toplayan 3 əl işinin müəllifi müvafiq olaraq hədiyyələrlə mükafatlandırılacaq.

Müsabiqənin gedişatı (2024) :

  1. Əl işlərinin qəbulu: 29 fevral - 7 mart
  2. Əl işlərinin fotolarının paylaşılması: 12 mart
  3. Bəyənmələrin hesablanması: 12 - 15 mart
  4. Qaliblərin elan olunması: 17 mart
  5. Mükafatlandırma: 19 mart

#Novruz #müsabiqə #əlişləri


Açar sözlər: ,  ,  ,