14.12.2017

Eksternat imtahanlar barədə elan

        Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini bitirə bilməyən vətəndaşlar üçün 12-13-14 yanvar 2018-ci il tarixlərdə eksternat qaydasında imtahanlar keçiriləcək.

   Qeydiyyat və sənəd qəbulu dekabrın 14-dən 28-nə kimi (yalnız iş günləri saat 10:00-dan 17:00-dək) Lənkəran Şəhər Təhsil Şöbəsində aparılacaq.

          Eksternat imtahanları Lənkəran şəhər 2 nömrəli tam orta məktəbdə keçiriləcək.

        Lənkəran ŞTŞ tərəfindən ərizələri qəbul edilmiş eksternlər 8-9 yanvar 2018-ci il tarixlərdə saat 10:00-dan 17:00-dək Lənkəran Şəhər Təhsil Şöbəsindən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

      Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

           İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.