1956-cı ildə Bakı şəhərində anadan olub.

       1978-ci ildə Azərbaycan Dövlət  Pedaqoji Universitetinin tarix fakültəsini bitirib.

          Lənkəran şəhər 3 və 9 №-li tam orta məktəblərində tarix-ictimaiyyat müəllimi işləyib. 1979-1980-ci illərdə Amur vilayətində hərbi xidmət keçib. 1984-cu il tarixdən Lənkəran  şəhər 8 №-li  tam orta məktəbinin direktoru  vəzifəsinə  irəli çəkilib.

        Lənkəran Şəhər İcra Hakimiyyəti  başçısının 24 noyabr 2017-ci il tarixli, 10-47/641 №-li əmri ilə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib. İkinci dərəcə dövlət qulluqçusudur.

   Polşa Respublikasının Krakov şəhərində, Rusiya  Federasiyasının  Moskva və Rostov şəhərlərində təcrübə mübadiləsində və təlimlərdə iştirak etmişdir.

          “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və müxtəlif fəxri fərmanlarla təltif olunmuşdur.

           Yeni Azərbaycan Partiyasının üzvudur.

           Evlidir. 3 övladı var.