1954- cü ildə Lənkəranda anadan olmuşdur. 1975- ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişdir.

Rayonun Siyavar kənd tam orta məktəbində müəllim, direktor müavini, Şəhər Təhsil Şöbəsində metodist, metodkabinet müdiri, Xolmili kənd tam orta məktəbində direktor, Şəhər Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin  29 iyul 2008- ci il tarixli, 11/425 nömrəli əmri ilə Lənkəran ŞTŞ- nin müdir müavini vəzifəsinə təyin edilmişdir.

1986 – cı ildə “Əməkdə fərqlənməyə görə” medalı ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 sentyabr  2014- cü il tarixli, 11/1109 nömrəli əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. Birinci  dərəcə dövlət qulluqçusudur.

Evlidir. 4 övladı var.