18.04.2017

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş  şahmat birinciliyi keçirilib.

17-18 aprel 2017-ci il tarixlərində pilot layihə kimi “Şahmat” fənni tədris olunan Lənkəran şəhərinin ümumi təhsil məktəblərində şagirdlər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat birinciliyi keçirilib.

Ətraflı
17.04.2017

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edib

Aprelin 17-də  təhsil naziri Mikayıl Cabbarov Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edib.

Ətraflı
17.04.2017

İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş tədbir

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir.

Ətraflı
17.04.2017

“Bizim müəllim” layihəsi fotolarda

Təhsil Nazirliyi Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən,  peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatına başlayır.

Ətraflı
14.04.2017

13 aprel 2017 ci il tarixdə şəhər 6 nömrəli məktəb-liseyində“Məktəblililərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” keçirildi.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq 13.04.2017-ci ildə Lənkəran şəhər 6 nömrəli məktəb-liseyində  şəhər 3 və 6 nömrəlitam orta məktəbinin müəllim-şagird kollektivinin iştirakı ilə “Məktəblililərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilmiş.

Ətraflı
14.04.2017

Xanbulan kənd  tam orta məktəbində  2016-cı ilin aprel döyüşlərində ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına şəhid olmuş Rusif Ağayevin anım günü keçrilmişdir.

Tədbirdə Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Könül Manafova, Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri Cəmil Axundzadə və Ramin Hüccətov, şəhidin atası İbrahim Ağayev, veteranlar, müəllimlər, şagirdlər və ziyalılar iştirak etmişdir.

Ətraflı
13.04.2017

S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbində aprel döyüşlərində həlak olanların xatirəsinə həsr olunmuş "Şəhidlər ölməz, vətən bölünməz" adlı tədbir keçirildi.

S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbində aprel döyüşlərində həlak olanların xatirəsinə həsr olunmuş "Şəhidlər ölməz, vətən bölünməz" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Sevər Ağayeva açaraq keçən il erməni işğalçıları ilə gedən şiddətli döyüşlərdə Azərbaycan əsgərlərinin böyük şücaət göstərərək düşmənə layiqli cavab verməsindən, bir neçə yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsindən, 

Ətraflı
11.04.2017

11 aprel 2017-ci il tarixdə şəhər 10 nömrəli tam orta məktəbində “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” keçirildi.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq 11 aprel 2017-ci il tarixdə Lənkəran şəhər 10 saylı tam orta məktəbdə, şəhər 7, 9 saylı tam orta və Xarici Dillər Təmayüllü Gimnaziya məktəblərinin  müəllim-şagird kollektivinin iştirakı ilə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilmişdir.

Ətraflı
07.04.2017

“Məktəblililərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti”

Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq 07aprel 2017 ci iltarixdə Lənkəran şəhər 4 saylı Humanitar Təmayüllü Məktəb Liseyində Lənkəran şəhər 1,4 və Sutəmurdov kənd tam orta məktəblərinin müəllim-şagird kollektivinin iştirakı ilə “Məktəblililərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir.

Ətraflı
05.04.2017

2016-cı ilin aprel döyüşlərində ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin xatirəsi Şağlaser kənd ümumi orta məktəbində anılmışdır.

Tədbirdə Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Könül Manafova, Lənkəran Şəhər Təhsil Şöbəsinin metodisti İlqar Qurbanov, veteranlar, müəllimlər, şagirdlər və ziyalılar iştirak etmişdir.

Ətraflı
04.04.2017

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 10 aprel 2017-ci il tarixində saat 09:00-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.

Ətraflı
03.04.2017

Cil kənd R.İbadov adına tam orta məktəbində 2016-cı ilin aprel döyüşlərində ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına şəhid olmuş məktəbin məzunu Əlizaman İslamovun anım günü keçrilmişdir.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  Asif İmanlı, Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramin Hüccətov müəllimlər, şagirdlər və ziyalılar iştirak etmişdir.

Ətraflı
31.03.2017

31 Mart Azərbaycanlıların soyqırımı günüdür.

31 mart soyqırımının 99-cu ildönümü münasibəti ilə Lənkəranın ümumtəhsil məktəblərində silsilə tədbirlər həyata keçirilmişdir. Şəhər məktəbləri, Boladi 1, 2 nömrəli, Göyşaban, Liman şəhər 1 nömrəli, Nərimanabad qəsəbə, Velədi, Kosalar, Xolmili, Rvo, Haftoni, Xanbulan, Səpnəkəran, Sütəmurdov, Parakənd, Gəgiran, Kənarmeşə , Hirkan və başqa məktəblər bu günü hüzn yığıncaqları, dəyirmi masalar, konfranslar, xüsusi dərslər, şəhərin mərkəzində soyqırım abidəsini ziyarət etmək, sərgilər, rəsm və inşa müsabiqələri və digər tədbirlərlə yad etmiş eməni vandallarının iki əsr ərzində xalqımıza  qarşı törətdikləri vəhşiliklərin mahiyyəti və ibrət dərslərindən bəhs etmişlər.

Ətraflı
30.03.2017

“Qələbəyə doğru” intellektual bilik yarışı.

Zərifə xanım Əliyevanın  xatirəsinə həsr olunmuş “Qələbəyə doğru”  intellektual bilik yarışı keçrilmişdir.

Ətraflı
29.03.2017

Ümummilli lider H.Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar olaraq “Ən yaxşı təqdimat” müsabiqəsi.   

IX-XI sinif şagirdlərinin iştirakı ilə Ulu öndərə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmişdir.

Ətraflı