22.02.2017

Təhsil naziri Mikayıl Cabbarov Ankarada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

Fevralın 22-də Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Ətraflı
21.02.2017

Təhsil Şöbəsində qəbul

6-9 fevral 2017-ci il tarixdə Türkiyənin Antalya şəhərində taekvando üzrə gənclər arasında keçirilən Avropa çempionatında 51 kq çəki dərəcəsində şəhər 7 N-li tam orta məktəbinin XI sinif şagirdi Sultan Fərid qalib gələrək I yeri tutmuşdur.

Ətraflı
20.02.2017

Təhsil Şöbəsində müşavirə

18 fevral 2017-ci il tarixdə şəhər 4 nömrəli məktəb-liseydə müşavirə keçirilmişdir. Müşavirədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov , rayonun ümumtəhsil məktəblərinin rəhbərləri və Təhsil Şöbəsinin əməkdaşları iştirak etmişlər.

Ətraflı
20.02.2017

Prezident İlham Əliyev Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini qəbul edib

Dövlət başçısı Azərbaycan ilə Qətər arasında çox yaxın tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirdi, bu əlaqələrin mümkün qədər çox sahələri əhatə etməsinin vacibliyini qeyd etdi.

Ətraflı
17.02.2017

“Ədəbiyyat biliciləri” müsabiqəsi

Təhsil Nazirliyinin 2016-2017-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi  barədə 722 nömrəli, 07 noyabr 2016-cı il tarixli əmrinin icrası istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, hələ dərs ilinin birinci yarısında müsabiqənin keçirilməsi ilə bağlı məktəb rəhbərlərinin təlimati müşavirəsi keçirilmiş, qaydalar barədə onlara geniş izahat verilmişdir. Şəhər Təhsil Şöbəsinin 10 noyabr 2016-cı il tarixli, 74 nömrəli əmri ilə müsabiqənin rayon mərhələsinin keçirilməsini təşkil edən təşkilat komitəsi yaradılmışdır.

Ətraflı
16.02.2017

“Sabahın alimləri” VI Respublika Müsabiqəsinə start verilib

Fevralın 16-da “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.

Ətraflı
15.02.2017

Ümumi və ilk peşə-ixtisas təhsili müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Cari ilin aprel-may aylarında ölkəmizin digər 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Ətraflı
15.02.2017

Erkən nigah və onun fəsadları.

Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində VIII-XI siniflərdə oxuyan qızlarla “Erkən nigah və onun fəsadları” mövzusunda dəyirmi masa keçirilmişdir.

Ətraflı
13.02.2017

Açıq dərs

13 fevral 2017-ci il tarixdə şəhər 9 nömrəli tam orta məktəbinin VI sinfində məktəbin qabaqcıl müəllimi Tağızadə Mehriban Ağadadaş qızının tarix fənnindən “İbtidai icma quruluşunun dağılması , Qarabağ kurqanları”  mövzusunda açıq dərsi keçirilmişdir.

Ətraflı
07.02.2017

Milli qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirilmişdir.

Lənkəran şəhər V.Əliyev adına 4 N-li məktəb-liseydə milli qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirilmişdir.

Məktəbin müəllimi Nuranə Babayeva Mübariz İbrahimovun həyat və şərəfli döyüş yolu haqqında ətraflı məlumat vermişdir.

Ətraflı
06.02.2017

Təhsil naziri Şabranda vətəndaşları qəbul edib

Fevralın 6-da təhsil naziri Mikayıl Cabbarov Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edib.

Ətraflı
30.01.2017

Təhsil naziri Şabran şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 6 fevral 2017-ci il tarixində saat 10:00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edəcək. Qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Ətraflı
27.01.2017

27 yanvar 2017-ci il tarixdə şəhər 4 №-li məktəb-liseydə Şəhər Təhsil Şöbəsinin illik hesabat yığıncağı keçirilmişdir.

27 yanvar 2017-ci il tarixdə şəhər 4 №-li məktəb-liseydə Şəhər Təhsil Şöbəsinin illik hesabat yığıncağı keçirilmişdir.

Yığıncaqda Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova 2016-cı ildə Lənkəranda təhsil sahəsində görülmüş işlərdən, uğurlardan və qarşıda duran vəzifələrdən ətraflı bəhs etmişdir.

Ətraflı
23.01.2017

Şəhər 9 N-li  tam orta məktəbində “Fövqəladə  hallarla  bağlı  davranış  qaydaları” mövzusunda maarifləndirici  tədbir kecirildi.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi ilə Lənkəran  Şəhər  Təhsil  Şöbəsinin 2017-ci il   tədbirlər planına uyğun  olaraq cari ilin yanvar  ayının 17-də  şəhər 9 N-li  tam orta məktəbində “Fövqəladə  hallarla  bağlı  davranış  qaydaları” mövzusunda maarifləndirici  tədbir kecirildi.

Ətraflı
19.01.2017

Lənkəranın ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilmişdir.

20 Yanvar Azərbaycan  tarixində qanla yazılmış bir səhifədir, ancaq o təkcə faciə deyil. Bu tarix Azərbaycanın  istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyimizin oyanış  günüdür. Bu uzun illər sovet imperiyasının əsarətində yaşayan  xalqın öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Ətraflı