02.10.2018

Respublika turnirinin qalibləri

28-30 sentyabr tarixlərində Bakı şəhərində Taekvando idman növu üzrə yeniyetmələrin respublika birinciliyi keçirilib.

Turnirdə Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Əsədzadə Akif Mübariz oğlu 57 kq çəki dərəcəsində II yeri, Qurbanov Yusif Zaur oğlu 45 kq çəki dərəcəsində II yeri və qızlar arasında şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Babazadə Suzanna Səbuhi qızı 33 kq çəki dərəcəsində III yeri tutublar.

Lənkəran ŞTŞ qalibləri, onların məşqçilərini və valideynlərini təbrik edib.