23.05.2018

695 bal toplayan şagirdimiz

Bu gün Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri Ramin Hüccətov və Cəmil Axundzadə R.Dadaşov adına Sütəmurdov kənd tam orta məktəbində olublar. Onlar I qrup üzrə qəbul imtahanında 695 bal toplayan XI sinif şagirdi Xəlilli Ramil Hikmət oğlunu, Sütəmurdov kənd tam orta məktəbinin pedaqoji kollektivini və valideynləri bu uğura görə Lənkəran Şəhər Təhsil Şöbəsinin rəhbərliyi adından və öz adından təbrik ediblər, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.


Açar sözlər: ,  ,  ,