06.03.2018

Yubiley tədbiri

Martın 5-də Şəhər Təhsil Şöbəsində yubiley tədbiri keçirilib. Şöbənin aparıcı məsləhətçisi Aslan Aslanov və metodist Azər Məmmədovun 60 illik yubileyi qeyd edilib. Tədbirdə müdir müavini G.Bağırov hər iki yubilyarin ömür yolundan və təhsil sahəsində xidmətlərindən ətraflı bəhs edib.

Təhsil Şöbəsinin müdiri A.İbrahimov hər iki yubilyarı təbrik edib, xidmətlərindən bəhs edib, onlara fəxri fərman və qiymətli hədiyyə təqdim edib. TİAHİ Lənkəran Şəhər Komitəsinin sədri Q.Zeynalov yubilyarları təbrik edib, onlara həmkarlar təşkilatının üzvlük medalını təqdim edib.

Uzun illər Aslan Aslanov və Azər Məmmədovla bir yerdə işləyən həmkarlardan S.Əliyev, N.Əkbərov, Z.Ağazadə, E.Eminova, S.Kələntərli və başqaları onları təbrik edib və xoş arzularını bildiriblər.

Sonda xatirə şəkilləri çəkdirilib.


Açar sözlər: ,