08.02.2018

Buraxılış siniflərində sınaq test yoxlamaları

      08 fevral 2018-ci il tarixdə “Keyfiyyət ili” çərçivəsində rayonun Liman şəhər 1 nömrəli, Nərimanabad, Haftoni qəsəbə, Mamusta, Kərgəlan və Rvo kənd tam orta məktəblərinin IX siniflərində buraxılış imtahanlarına hazırlıq məqsədi ilə ana dili və riyaziyyatdan sınaq test yoxlamaları keçirilib.

     Sınaq test yoxlamaları Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri Sabir Əliyev, Nəsir Əkbərov, Mais Quliyev, Ramin Hüccətov və Cəmil Axundzadə tərəfindən aparılıb.

         Yoxlamalarda 214 nəfər IX sinif şagirdi iştirak edib.