07.02.2018

Buraxılış siniflərində sınaq test yoxlamaları

      07 fevral 2018-ci il tarixdə “Keyfiyyət ili” çərçivəsində şəhər 1, 3, 5 nömrəli, Hirkan və Xanbulan qəsəbə tam orta məktəblərinin IX siniflərində buraxılış imtahanlarına hazırlıq məqsədi ilə ana dili və riyaziyyatdan sınaq test yoxlamaları keçirilib.

     Sınaq test yoxlamaları Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri Sabir Əliyev, Nəsir Əkbərov, Mais Quliyev, Ramin Hüccətov və Cəmil Axundzadə tərəfindən aparılıb.

         Yoxlamalarda 229 nəfər IX sinif şagirdi iştirak edib.