18.01.2018

Lənkəran Şəhər Təhsil Şöbəsində şəhidlərin xatirəsi anılıb.

    18 yanvar 2018–ci il tarixdə Lənkəran Şəhər Təhsil Şöbəsində 20 yanvar faciəsinin 28 ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib.

    Tədbirdə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sukutla yad olunub. Yığıncaqda Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov “20 yanvar faciəsinə gedən yol” mövzusunda məruzə edib. Məruzə ətrafında  Şəhər Təhsil Şöbəsinin müdir müavini G.Bağırov, aparıcı məsləhtçi A.Aslanov və başqaları çıxış ediblər.