12.01.2018

Şağlaser kənd ümumi və Şürük kənd tam orta məktəblərinində görüş.

    12 yanvar 2018–ci il tarixdə Lənkəran ŞTŞ-nin müdiri Aslan İbrahimov və şöbənin aparıcı məsləhətçiləri N.Əkbərov, C.Axundzadə və metodist K.Məmmədov Şağlaser kənd ümumi və Şürük kənd tam orta məktəblərinin pedaqoji kollektivləri və buraxılış siniflərinin şagirdləri ilə görüşüb.

     Görüşdə A.İbrahimov şagirdlərin davamiyyəti ilə maraqlanıb, şagirdlərlə və müəllimlərlə dialoqa girərək onların məktəb və tədrislə bağlı fikir və arzularini dinləyib. Son üç ildə buraxılış imtahanlarının nəticələri ilə bağlı hər iki məktəb arasında müqayisəli təhlil aparıb.

    Hər iki məktəbin rəhbərliyi və pedaqoji kollektivinə cari ildə keçiriləcək buraxılış imtahanlarına ciddi hazırlıq barədə tövsiyyələr verib.