29.12.2017

Darquba kənd tam orta məktəbində Pedaqoji Şura iclası.

    29 dekabr 2017-ci il tarixdə Darquba kənd tam orta məktəbində Pedaqoji Şura iclası keçirilib.

Şurada Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov, aparıcı məsləhətçilər Nəsir Əkbərov və Cəmil Axundzadə iştirak ediblər. Şura iclasında IX-XI siniflərdə buraxılış imtahanlarına hazırlıq haqqında, ibtidai siniflərdə ana dili və riyaziyyat fənninin tədrisi vəziyyəti barədə məsələlər müzakirə olunub. İclasda ŞTŞ-nin müdiri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə pedaqoji kollektivi təbrik edib.

    Sonda məktəbin direktoru Mais Kazimov iclası bağlı elan edib.