15.09.2017

Bilik bayramı.

15 sentyabr 2017-ci il tarixdə respublikamızın bütün ümümtəhsil məktəblərində olduğu kimi rayonumuzun ümumtəhsil məktəblərində də “Bilik günü” böyük coşqu ilə qeyd edilib.

Bu münasibətlə rayonun 89 ümumtəhsil məktəbində ( 72 tam orta, 14 ümumi orta, 3 ibtidai) bayram tədbirləri keçirilib, keçən tədris ilində qazanılmış uğurlardan bəhs edilib, vətən, bilik, elm haqqında şagirdlər tərəfindən şeirlər, mahnılar və rəqslər ifa edilib. Bu tədbirdə təhsil işçiləri ilə yanaşı yerli icra, bələdiyyə orqanlarının və KİV nümayəndələri, məktəblərin tanınmış məzunları iştirak edib, xoş arzularını bildiriblər.

Şəhər 4 nömrəli məktəb-liseyin bayram tədbirində Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Daroxin iştirak edərək, müəllim, şagird və valideynləri təbrik edib.

               Rayonun Təngivan kənd ibtidai məktəbinin və Moloja kənd tam orta məktəbinin şagirdləri Bilik gününü yeni tikilmiş binalarda qeyd ediblər.