14.09.2017

Rayonumuzun Prezident təqaudçüsü olan tələbələri.

    2017-2018-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticələr göstərmiş rayonumuzun ümumtəhsil məktəblərinin 3 məzunu: şəhər 4 nömrəli hümanitar təmayüllü məktəb-liseyin eksperimental pilot sinfin məzunu Məmmədli Azər Faiq oğlu, şəhər 6 nömrəli məktəb-liseyin məzunu Bağırzadə Nazlı Teymur qızı və şəhər 10 nömrəli tam orta məktəbin məzunu Ağazadə Zəhra Tahir qızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 sentyabr 2017-ci il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

    Hər üç məzunumuzu bu münasibətlə səmimi qəlbdən təbrik edir, təhsil yollarında onlara yeni-yeni uğurlar arzulayırıq.