12.09.2017

Lənkəran Şəhər təhsil işçilərinin ənənəvi  sentyabr konfransı keçirilib.

   12  sentyabr 2017-ci  il tarixdə Heydər Əliyev Mərkəzində Lənkəran  Şəhər Təhsil işçilərinin  konfransı keçirilib. Konfransda  2016-2017-ci  dərs ilinin yekunları  və yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə edilib.Məsələ ilə bağlı Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə xanım Əhmədova  məruzə edib. Məruzə ətrafında müzakirələrdə şəhər 10 nömrəli tam orta məktəbin direktoru  Qadir Axundov, valideyn Günel  Cavadova, Şürük kənd tam orta məktəbinin  direktoru Namik Bağırov, şəhər 6 nömrəli məktəb-liseyin məzunu, Tibb Universitetinin  I kurs tələbəsi Nazlı Bağırzadə, şəhər 4 nömrəli-məktəb liseyin müəllimi Ülkər Dadaşova, Şəhər İcra Hakimiyyəti başçısının humanitar və ictimai-siyasi məsələlər üzrə müavini Rasilə Əliyeva, Təhsil Nazirliyinin əməkdaşı, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Mirbaba Babayev çıxış ediblər.

    Konfransda  Şəhər İcra Hakimiyyətinin  başçısı Taleh Qaraşov çıxış edərək görülən işlərdən, qazanılmış uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.

    Konfrans iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə  müraciət  qəbul  edilib.

   Sonda ali məktəblərə qəbul imtahanında 600-dən yuxarı bal toplamış və tələbə adını qazanmış məzunlara  diplom və qiymətli hədiyələr təqdim edilib.