07.09.2017

Lənkəran Şəhər Təhsil Şöbəsində müşavirə.

    6 sentyabr 2017-ci il tarixdə Lənkəran Şəhər Təhsil Şöbəsində keçirilən müşavirədə rayonun ümümtəhsil məktəblərinin direktorları və şöbənin əməkdaşları iştirak edirdilər.

Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə xanım Əhmədova müşavirənin gündəliyini elan etdi və sözu 15 saylı ƏMHM-nin rəisi S.Novruzova verdi. S.Novruzov yeni dərs ili ilə əlaqədar tarif cədvəllərinin qısa müddətdə hazırlanıb təhvil verilməsi, digər cari məsələlərdən danışdı və çoxsaylı sualları cavablandırdı.

    Sonra ŞTŞ-nın müdir müavini G.Bağırov 2017-2018-ci dərs ilinin  “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə Təhsil Naziri cənab Mikayıl Cabbarovun 28.08.2017-ci il tarixli, 261 nömrəli əmri barədə geniş məlumat verdi, qarşıda duran vəzifələrdən danışdı.

      Ş.Əhmədova müşavirəni yekunlaşdırdı.